...

Bakıda qəzada xəsarət alan qadın xəstəxanada ölüb

Hadisə Materials 22 Fevral 2024 10:17 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Nərimanov rayonunda avtomobil qəzasında xəsarət alan qadın ölüb.

Trend xəbər verir ki, ötən gün səhər saatlarında Emil Mehtiyev idarə etdiyi "Mazda" markalı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində hərəkətdə olarkən yolu keçən piyada Yaqut Rzaquliyevanı vurub, sonuncu aldığı xəsarətlərdən "Kliniki Tibbi Mərkəz"də vəfat edib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmaqla istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti