...

8 yaşlı uşağı maşın vurub öldürdü

Hadisə Materials 1 Mart 2024 17:32 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Saatlıda 8 yaşlı uşağı maşın vurub öldürüb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, bu gün saat 17 radələrində Saatlı rayonunun Qara Nuru kəndi ərazisində İmişli rayon sakini, 1991-ci il təvəllüdlü Gündüz Hacıyev idarə etdiyi "Daewoo" markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman yolu keçmək istəyən kənd sakini 2016-cı il təvəllüdlü P.Məmişovanı vurub. Sonuncu aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti