...

Bərdədə 13 yaşlı qız intihar edib

Hadisə Materials 3 Mart 2024 21:29 (UTC +04:00)
Bərdədə 13 yaşlı qız intihar edib
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Bərdə rayonunda 13 yaşlı qız uşağı intihar edib.

Trend xəbər verir ki, hadisə rayonun Qarayusifli kəndində qeydə alınıb. İlkin məlumata görə, 2011-ci il təvəllüdlü Cəfərli Fəxrəndə Tural qızının meyiti tövlədə asılmış vəziyyətdə tapılıb.

Hələlik intiharın səbəbləri bilinmir. 13 yaşlı qızın meyidi müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyinin Bərdə rayon şöbəsinə gətirilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti