...

Bərdədə avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var

Hadisə Materials 9 Mart 2024 22:31 (UTC +04:00)
Bərdədə avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Bərdə rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

Trend-in yerli müxbiri xəbər verir ki, hadisə Bərdə-Tərtər avtomobil yolunun Bərdə rayonun Zümürxan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili işıq dirəyinə çırpılıb. Qəza nəticəsində 4 nəfər Tərtər rayon sakinləri 1962-ci il təvəllüdlü Quliyev Mətləb Valeh oğlu,1964-cü il təvəllüdlü Həsənova Nəcibə İsa qızı, 1957-ci il təvəllüdlü Haqverdiyeva Qəndilə Həbib qızı, 1958-ci il təvəllüdlü Əhmədova Vüsalə Məmməd qızı xəsarət alaraq Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti