Bakı. Trend:
Abşeron rayonunun Məmmədli kəndində ümumi sahəsi 180 m² (hər mərtəbəsi 90 m²) olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsində iki otağın yanar konstruksiyaları 50 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.