...

Xankəndidə məktəb və kollecin zirzəmilərindən silah-sursat tapılıb

Hadisə Materials 24 Mart 2024 10:29 (UTC +04:00)

Bakı. Trend:

Xankəndi şəhərində məktəb və Musiqi Kollecinin zirzəmilərindən silah-sursat tapılıb.

Bu barədə Trend-ə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 23-də Xankəndi şəhərində yerləşən məktəblərdən birinin və Musiqi Kollecinin zirzəmilərindən, həmçinin şəhər ərazisindən ümumilikdə 15 avtomat silahı, 4 pulemyot, 7 qumbara, 6 tüfəng, 52 patron darağı, 5 alışdırıcı, 5014 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Xəbər lenti

Xəbər lenti