...

Şirvanda qanunsuz narkotik satan 4 nəfər saxlanılıb (FOTO)

Hadisə Materials 27 Mart 2024 08:24 (UTC +04:00)
Şirvanda qanunsuz narkotik satan 4 nəfər saxlanılıb (FOTO)

Bakı. Trend:

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Ə.Alışov, C.Əhmədov, Ə.Heybətov və R.Dadaşova saxlanılıblar.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, həmin şəxslərdən müxtəlif çəkilərdə heroin, metamfetamin və marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti