...

Bakıda çoxmərtəbəli evdə yanğın olub

Hadisə Materials 22 May 2024 22:10 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 120 m² olan obyektin (emalatxana kimi fəaliyyət göstərir) içərisində 1 ədəd çap aparatı və 1 ədəd elektrik tənzimləyicisi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, obyekt yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti