...

Bakıda 48 yaşlı qadın kişini bıçaqlayaraq öldürüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 30 May 2024 10:42 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 30-da saat 9 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 1986-cı il təvəllüdlü Samir İsrəfilovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu Rayon Prokurorluğundan Trend-ə bildirilib ki, araşdırma zamanı 1976-cı il təvəllüdlü Ruhiyyə Tahirovanın aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək, tanışı Samir İsrəfilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Ruhiyyə Tahirova iş üzrə şübhəli şəxs qismində tutulub.

xxx

09:57

Mayın 30-da 09 radələrində paytaxtın Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki evlərin brində 1986-cı il təvəllüdlü İsrafilov Samir Yanvar oğlunun kəsilmiş-deşillmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Tahirova Ruhiyyə Mürvət qızı polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti