...

Cəlilabadda su bəndində boğulan iki nəfərin meyiti tapılıb (YENİLƏNİB)

Hadisə Materials 19 İyun 2024 16:24 (UTC +04:00)
Cəlilabadda su bəndində boğulan iki nəfərin meyiti tapılıb (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun Hamarqışlaq kəndində göldə 2 nəfərin batması barədə məlumat daxil olub və
dərhal Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları axtarışlara cəlb olunub.

FHN Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, axtarışlar nəticəsində göldə batmış Həsənov İbrahim Əlifağa oğlunun və Aşurov Nihat Nicat oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

xxx

15:30

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Cəlilabad rayonu, Hamarqışlaq kəndində göldə 2 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

xxx

15:05

Cəlilabad rayon sakinləri bənddə çimərkən boğularaq ölüblər.

Trend xəbər verir ki, hadisə bu gün günorta saatlarında Cəlilabad rayon Hamarqışlaq kəndi ərazisində yerləşən su bəndində baş verib.

Hazırda boğulan şəxslərin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti