...

Şəkidə orta məktəbdəki yanğın söndürülüb (FOTO) (YENİLƏNİB)

Hadisə Materials 20 İyun 2024 08:09 (UTC +04:00)
Şəkidə orta məktəbdəki yanğın söndürülüb (FOTO) (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gecə saat 23 radələrində Fövqəladə Hallar Nazirliyinin Şəki və Yevlax rayon Dövlət Yanğından Mühafizə Hissələrinə Turan qəsəbəsində yerləşən tam orta məktəbin binasında yanğın başlaması barədə məlumat daxil olub.

Trend-in məlumatına görə, yanğının söndürülməsi məqsədilə əraziyə Şəki və Yevlax rayonlarının dövlət yanğından mühafizə hissələrinin canlı qüvvəsi və texnikaı cəlb olunub.

Bütün səylərə baxmayaraq ümumi sahəsi 1326 kv/m olan ikimərtəbəli məktəb binasının ikinci mərtəbəsi və dam örtüyünün yanar konstruksiyaları və birinci mərtəbənin 84 kv/metrlik sahəsinin yanar konstruksiyaları yanıb.

Məktəb binasının qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən verilən məlumata əsasən məktəb binası istifadəyə yararsız olub və bir müddət idi ki, orada tədris dayandırılmışdı.

Faktla bağlı araşdırma aparılır.

xxx

00:03

Şəkidə bu dəqiqələrdə güclü yanğın baş verir.

Trend-in əldə etdiyi məlumata görə, Şəki rayonunda orta məktəbdə güclü yanğın başlayıb.

Hadisədən görüntüləri təqdim edirik.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti