...

Daşkəsəndə kişi balta ilə arvadını qətlə yetirdi

Hadisə Materials 24 İyun 2024 09:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Daşkəsəndə 39 yaşlı qadın öldürülüb.

Trend xəbər verir ki, bu barədə Daşkəsən Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, iyunun 24-də saat 02 radələrində Daşkəsən rayonu, Əmirvar kənd sakini 1985-ci il təvəllüdlü Atlas Ocaqverdiyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1971-ci il təvəllüdlü Teymur Ocaqverdiyevin aralarında yaranmış mübahisə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək, arvadı Atlas Ocaqverdiyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Teymur Ocaqverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Xəbər lenti

Xəbər lenti