...

Lənkəranda zəncirvari qəza: 3 maşın toqquşdu

Hadisə Materials 22 İyul 2024 14:04 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib, 3 maşın toqquşub.

Trend xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yük avtomobili ilə toqquşub. Yük avtomobili isə aşaraq digər “Mercedes” avtomobilinə çırpılıb. Qəza nəticəsində həmin istiqamətdə yolda nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Hazırda yolun tam açılması istiqamətində işlər aparılır. Qəzada xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti