Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-dən Trend-in sorğusuna cavab olaraq bildirilib.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Açıq sahədə qamışlıq ərazidə baş vermiş yanğının geniş sahəyə yayılmasının qarşısı alınıb.
Yanğın söndürülüb.