Bakı. Trend:
Ötən gün saat 19:00 radələrində “Ulduz” metrostansiyasında qatar yoluna düşən şəxs (kişi cinsli) Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
R.Məmməd qeyd edib ki, onun hər iki ayağı amputasiya olunub:
"Vəziyyəti ağır stabildir".
Qeyd edək ki, ötən gün metronun "28 May" stansiyasında da sərnişin qatar yoluna düşüb. Həmin sərnişin həyatını itirib.