...

Bakıda bıçaqlanan müğənninin vəziyyəti məlum olub

Hadisə Materials 9 Oktyabr 2024 11:49 (UTC +04:00)
Bakıda bıçaqlanan müğənninin vəziyyəti məlum olub
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda bıçaqlanan müğənni Vüqar Namazovun son vəziyyəti məlum olub.

Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, 5.10.2024-cü il tarixdə 1985-ci il təvəllüdlü müğənni Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib:

"Ona ilkin tibbi yardım göstərilib, daha sonra cərrahi əməliyyat icra edilib və reanimasiyaya yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirlir. Vəziyyəti stabil qiymətləndirilir".

Qeyd edək ki, oktyabrın 5-də saat 23 radələrində paytaxtın Binəqədi rayonunun 1-ci Mədən yaşayış massivi ərazisində 2002-ci il təvəllüdlü E.Ağaquliyevin aralarında yaranmış mübahisə zəminində 1985-ci il təvəllüdlü V.Namazova xəsarət yetirməsi barədə polisə məlumat daxil olub. Bıçaq xəsarəti alan zərərçəkmiş Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Xəbər lenti

Xəbər lenti