...

İmişlidə maşın su kanalına düşdü: xəsarət alanlar var

Hadisə Materials 15 Oktyabr 2024 18:28 (UTC +04:00)
İmişlidə maşın su kanalına düşdü: xəsarət alanlar var
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

İmişli rayonu ərazisində minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Trend-in Qarabağ bürosu xəbər verir ki, hadisə saat 17 radələrində İmişli şəhəri Məşədi Əzizbəyov və Qadir İsmayılzadə küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, Adəm Əzizalıyevin idarə etdiyi 90-ZZ-538 dövlət nömrə nişanlı "Mercedes" markalı minik maşını və Vüsal Abbasovun idarə etdiyi 77-BE-398 dövlət nömrə nişanlı "Toyota Prius" markalı avtomobil toqquşub və Toyota avtomobili su kanalına düşüb.

Hadisə zamanı xəsarət alan hər iki sürücü və sərnişinlər Natiq Nəsirov, İsmayıl Abbasov İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onlara təcili təxirə salınmaz tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti