Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Quba rayonunun Digah kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Kia” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.