Bakı. Trend:
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində 2 avtomat silahı, 2 tapança, 1 tüfəng və 11 patron tapılaraq götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.