...

Tovuzda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb (FOTO)

Hadisə Materials 20 Fevral 2025 16:20 (UTC +04:00)
Tovuzda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Tovuzda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Trend -in xəbərinə görə, Tovuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “Mercedes” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verib.

Bildirlir ki, sürücü A. Nuriyev tibbi müayinədən keçirilən zaman onun narkotik vasitələrdən istifadə etdiyi məlum olub.

Onun barəsində toplanmış materiallar qərar verilməsi üçün məhkəməyə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti