Bakı. Trend:
Solomon adalarının paytaxtı Honiaradan 709 km şərqdə, Mərcan dənizində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı xəbər verib.
Məlumatına görə, bazar günü Bakı vaxtı ilə saat 22:16-da qeydə alınan zəlzələnin episentri Nendo adasının (Solomon adalarında Santa Krus adaları qrupu) sahillərindən təxminən 64 km cənubda olub.
Episentrdə zəlzələnin intensivliyinə əsasən, zəlzələ “dağıdıcı” kimi qiymətləndirilib.
Bundan əlavə, bazar ertəsi Bakı vaxtı ilə saat 02:50-də Solomon dənizində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Solomon adaları arxipelaqında, Papua-Yeni Qvineyanın Buqenvil adasının sahillərindən təxminən 37 km qərbdə yerləşib.
Episentrdə zəlzələnin intensivliyinə əsasən seysmik hadisə “çox güclü” kimi qiymətləndirilib.