...

Bank kartından pul oğurlayanlar tutuldu

Hadisə Materials 1 Mart 2025 17:01 (UTC +04:00)
Bank kartından pul oğurlayanlar tutuldu
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 27-də Xəzər rayonu ərazisində bir nəfər itirdiyi bank kartından 556 manatının oğurlanması barədə polisə məlumat verib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daxil olan məlumat əsasında keçirilən tədbirlərlə əməli törətən şəxsin kimliyini müəyyən etmək mümkün olub.

Xəzər RPİ 2-ci Polis Şöbəsinin əməkdaşları bank kartından oğurluq edən 21 yaşlı Ə.Kərimovu müəyyən edərək saxlayıblar.

Rayon ərazisində bir nəfərə məxsus bank kartından 400 manat pul talamaqda şübhəli bilinən 55 yaşlı C.Cəfərov da polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti