Bakı. Trend:
Bərdə rayonunun Kətəlparaq kənd qəbiristanlığında yanğın olub.
Trend-in yerli müxbirinin məlumatına görə, yanğının səbəbi və kimlər tərəfindən törədildiyi hələlik bilinmir. Hadisə nəticəsində bəzi qəbirlərə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Eyni zamanda, FHN-dən Trend-ə bildirilib ki, yanğın nəticəsində qəbiristanlıq ərazisində 160 kv.m sahədə quru ot, kol-kos və qamışlıq yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.