...

İrandan gətirdiyi narkotiki Bərdədə satmaq istəyən keçmiş məhkum tutuldu (VİDEO)

Hadisə Materials 21 Mart 2025 09:08 (UTC +04:00)
İrandan gətirdiyi narkotiki Bərdədə satmaq istəyən keçmiş məhkum tutuldu (VİDEO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Bərdəyə qaçaqmalçılıq yolu ilə gətirilən narkotik polis aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində əvvəllər məhkum olunan Sarvan Məhərrəmov saxlanılıb.

Ondan 4 kiloqram marixuana aşkarlanaraq götürülüb. O, ifadəsində İrandan qaçaqmalçılıq yolu ilə gətirdiyi narkotikin Bərdə rayonu ərazisində satışını təşkil etmək istədiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, S.Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti