...

Bərdədə 10 gün əvvəl kanalda batan qızın meyiti tapılıb (VİDEO)

Hadisə Materials 29 Mart 2025 14:48 (UTC +04:00)
Bərdədə 10 gün əvvəl kanalda batan qızın meyiti tapılıb (VİDEO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Bərdədə kanalda batan 17 yaşlı qız 10 gün sonra tapılıb.

Trend-in yerli müxbirinin xəbərinə görə, 19 mart tarixində Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat verilmişdir. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışları davam etdirib.

Bu gün kanalda batan Bərdə rayon sakini 2008-ci təvəllüdlü Xəlilova Gülçin Cəfər qızı Qarabağ kanalının 2 km məsafədə aralıdan rayonun Qaraqoyunlu kəndi ərazisindən polis əməkdaşları tərəfindən tapılıb.

G.Xəlilovanın meyiti müayinə üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokrorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti