Bakı. Trend:
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində 23 yaşlı İ.Vəliyev saxlanılıb.
Onun üzərindən 1 kiloqrama yaxın psixotrop maddə tiryək aşkarlanaraq götürülüb.
Araşdırma aparılır.