...

Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib (FOTO)

Hadisə Materials 11 Aprel 2025 11:25 (UTC +04:00)
Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Beyləqanda narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib.

Trend-in yerli bürosu xəbər verir ki, Beyləqan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Toyota" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydasını pozduğuna görə sürücü Hikmət Salehliyə “saxla” işarəsi verilib. Araşdırma zamanı onun narkotik vasitə və spirtli içkinin təsiri altında avtomobili idarə etdiyi aşkarlanıb.

H.Salehli barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. O, məhkəmənin qərarına əsasən 8 sutka inzibati qaydada həbs olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti