...

Bərdədə qadın "Tiktok"er mübahisə etdiyi kişini bıçaqlayıb (ƏLAVƏ EDİLİB)

Hadisə Materials 12 Aprel 2025 22:12 (UTC +04:00)
Bərdədə qadın "Tiktok"er mübahisə etdiyi kişini bıçaqlayıb (ƏLAVƏ EDİLİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Bərdə rayonunda qadın "Tiktok"da mübahisə etdiyi şəxsi bıçaqlayıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə verilən məlumata görə, əməli törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

xxx

20:57

Bərdə rayonunda qadın "Tiktok"da mübahisə etdiyi şəxsi bıçaqlayıb.

Trend-in yerli müxbirin xəbərinə görə 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova "Tiktok" sosial şəbəkəsində mübahisə etdiyi 1992-ci il təvəllüdlü Ceyhun Zeynalova bıçaq zərbəsi vurub. Yaralı Bərdə mərkəzi xəstəxanasına yerləşdirilib.

T. Hüseynova polis əməkdaşları tərəfindən saxlanılıb. Xəsarət alan şəxsin Vətən Müharibəsi iştirakçısı olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti