Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad rayonu Bakı-Astara şossesinin 104-cü km-də açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Trend-ə FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində təxminən 5 hektar sahədə quru ot, kol-kos və qamışlıq yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
