Bakı.Trend:
Zuğulba-Bakı şossesində yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə dekabrın 2-si qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Dilafət Bağırzadə “KİA” markalı avtomobillə Zuğulba-Bakı şossesində hərəkətdə olarkən 1979-cu il təvəllüdlü Rəhim Novruzovun idarə etdiyi “KAMAZ” markalı avtomobillə arxadan toqquşub.
Hadisə nəticəsində “KİA” markalı avtomobilin sərnişini 1963-cü il təvəllüdlü Cavahir Məmmədova aldığı xəsarətlərdən hadisə yerində ölüb, Bağırzadə Məhərrəm Dilafət oğlu və Bağırova Məhbubə İsmayıl qızı bədən xəsarətləri alıb.
Faktla bağlı Xəzər RPİ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
