...

Kəlbəcərdə yük avtomobilinin aşması nəticəsində sürücü xəsarət alıb

Hadisə Materials 3 Dekabr 2025 11:02 (UTC +04:00)
Kəlbəcərdə yük avtomobilinin aşması nəticəsində sürücü xəsarət alıb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Kəlbəcər. Trend:

Kəlbəcərdə sementlə dolu yük avtomobili aşması nəticəsində sürücü xəsarət alıb.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, qəza hadisəsi rayonun Kəlbəcər-Vəngli dairəsində Əhmədov Namiq Əli oğlu idarə etdiyi "DONGFENG" markalı sement daşıyan avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşırıb.

Qəza zamanı dürücü N.Əhmədov müxtəlif dərəcəli xəsarət alaraq Kəlbəcər rayonunda yerləşən Hospitala çatdırılıb. Hadisə yerinə FHN-nin Kəlbəcər Rayon DYMH-nin əməkdaşları cəlb edilib. Yanğınsöndürən əməkdaşları avtomobilin aşması nəticəsində yola dağılan yanacağı ərazidən təmizləyərək yanğın hadisəsinin baş verməsinin qarşısını alıb.

Faktla bağlı araşdırma başlanıb

Xəbər lenti

Xəbər lenti