...

Naxçıvanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 3 Dekabr 2025 11:44 (UTC +04:00)
Naxçıvanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılıb.

Trend-in məlumatına görə, Naxçıvan şəhəri ərazisində hərəkətdə olan “Kia” markalı avtomobilin sürücüsünə qayda pozuntusuna yol verdiyi üçün saxla işarəsi verilib.

Belə ki, həmin nəqliyyat vasitəsini idarə edən Məhəmməd Əhmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinə zamanı M.Əhmədovun narkotik vasitə qəbul etməsi müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti