...

Paytaxtda oğurluq edənlər saxlanıldılar

Hadisə Materials 28 Yanvar 2026 17:52 (UTC +04:00)
Paytaxtda oğurluq edənlər saxlanıldılar
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Paytaxtın Xəzər rayonunda oğurluq hadisəsi baş verib.

Trend xəbər verir kİ, bu barədə DİN məlumat yayıb.

Bildirilir ki, rayon sakini polisə müraciət edərək “Tufan” markalı mopedinin oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən H.Həsənov və E.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Nərimanov rayonunda isə bir nəfərə məxsus içərisində pul, mobil telefon və bank kartları olan pul kisəsini talamaqda şübhəli bilinən N.Məmmədova da polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti