Sentyabrın 14-də daxili işlər orqanları tərəfindən 35 cinayət faktı qeydə alınıb.
Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 24-nün üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 10 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 7 yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə 3 nəfər ölüb, 6 nəfər yaralanıb. 4 yanğın hadisəsi qeydə alınıb.
Daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 32 nəfər həbs edilib.