...

9 ay ərzində paytaxtda 1068 yol qəzası baş verib

Hadisə Materials 19 Oktyabr 2005 13:22 (UTC +04:00)

"2005-ci ilin 9 ayı ərzində paytaxt ərazisində 1068 yol qəzası baş verib". Bu barədə Trend ə Bakı Şəhər Dövlət Yol Polisinin təşviqat-təbliğat şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

V.Əsədov: "Yol qəzaları nəticəsində 294 nəfər ölüb, 1178 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu da o deməkdir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəzalarında ölənlərin sayı 96, yaralananların sayı 313 nəfər artıb. Ötən illə müqayisədə hadisələr 36,2, ölüm 48,4, yaralıların sayı isə 36,1 faiz artıb".

Şöbə rəisinin sözlərinə görə, Bakının Sabunçu, Nizami və Binəqədi rayonları yol qəzalarının sayına görə birinci sıradadır. Ən çox qəza hadisəsi Sabunçuda (80 hadisə, 42 ölüm, 90 xəsarət), ən az qəza isə Nəsimi rayonu ərazisində qeydə alınıb.

"Cari ilin 9 ayı ərzində 586 piyadavurma baş verib. Bu da ötən illə müqayisədə 55,8 faiz çoxdur. Piyadavurmaların 123-ü azyaşlılarla bağlıdır. Avtobuslarla bağlı 100 qəza hadisəsi qeydə alınıb. Nəticədə 35 nəfər ölüb, 131 nəfər yaralanıb" - Vaqif Əsədov bildirib.

Xəbər lenti

Xəbər lenti