...

Bu saatlara qədər Bakıda yeni avtomobil qəzası qeydə alınmayıb

Hadisə Materials 27 Yanvar 2006 16:55 (UTC +04:00)

Paytaxt ərazisində bu saatlara qədər yeni avtomobil qəzası qeydə alınmayıb. Bu barədə Trend ə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin təbliğat-təşviqat şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

"Yollarda şaxtanın açılması həm sürücülərin, həm də yol patrul müfəttişlərinin işini yüngülləşdirib. Hazırda Bakı Şəhər İcra Hakimiyyətinin Təmir Tikinti İdarəsinin işçiləri mərkəzi küçələrdə və şosselərdə təmizləmə işləri aparır. Bu gündən təmizləmə işləri bir qədər də sürətləndirilib".

Ancaq bununla belə Dövlət Yol Polis İdarəsi sürücüləri sükan arxasında diqqətli olmağa dəvət edir.

Xəbər lenti

Xəbər lenti