...

Fevralın 19-na olan kriminal xronika

Hadisə Materials 20 Fevral 2006 14:27 (UTC +04:00)

Fevralın 19-da daxili işlər orqanları tərəfindən 28 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 25-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 8 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 5 nəfər yaralanıb. Gün ərzində 6 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotiklərlə əlaqəli 13, silah-sursatla əlaqəli 2 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 28 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti