...

İlkin məlumatlara görə, Basman bazarının uçması nəticəsində 57 nəfər həlak olub

Hadisə Materials 24 Fevral 2006 11:51 (UTC +04:00)

(RBK) İlkin məlumatlara görə, Basman bazarının uçması nəticəsində 57 nəfər həlak olub. Trend in xəbər verdiyi kimi, 32 nəfər yaralanıb. FHN xilasedicilərinin verdiyi məlumata görə, insanların ola biləcəyi bütün yerlərdə axtarışlar aparılıb. Mütəxəssislər qeyd edib ki, dağıntılar altında sağ adamların tapılması şansı yoxdur.

Hazırda hadisə yerində xüsusi texnika işləyir, yük maşınları uçmuş bazarın qalıqlarını daşıyır.

Artıq Moskva şəhər prokurorluğu Basman bazarının damının uçması faktı üzrə RF CM-in 109-cu maddəsinin 3-cü (ehtiyatsızlıq üzündən iki və daha çox adamın ölümünə səbəb olma) və 293-cü maddəsinin 3-cü hissələri (səhlənkarlıq) üzrə cinayət işi qaldırıb. Hadisə ilə bağlı 3 versiya nəzərdən keçirilir: bazarın binasının layihələşdirilməsi zamanı yol verilmiş səhvlər, bazar rəhbərliyi tərəfindən təhlükəsizlik texnikası qaydalarına əməl olunmaması, binanın istismar qaydalarının pozulması.

Xatırladaq ki, hadisə fevralın 23-də saat 5:45-də baş verib.

Xəbər lenti

Xəbər lenti