...

Misirli elm adamının vəfatı ilə əlaqədar Bakıda müsəlman gəncliyi mövzusuna həsr olunmuş konfrans baş tutmayıb

Hadisə Materials 3 Mart 2006 14:40 (UTC +04:00)

Martın 3-də Bakıda "Qloballaşmanın çağırışları və müsəlman gəncliyi - mötədillik yolu" mövzusunda keçirilməli olan beynəlxalq konfrans təxirə salınıb. Trend in məlumatına görə, bu tədbirdə məruzə ilə çıxış etməli olan Misirdən gəlmiş doktor Səlim Əl Bəhnəsavi Bakıda qaldığı oteldə qəfil vəfat edib. Konfrans onun vəfat etməsi səbəbindən baş tutmayıb. Təxminən 60 yaşında olan misirli elm adamı Səlim Əl Bəhnəsavinin vəfatının səbəbinin səhhəti ilə bağlı olduğu bildirilib.

Qeyd edək ki, martın 1-dən 3-dək Bakıda "İslam və gənclik: təhsil, elm və maarifçilik" mövzusunda beynəlxalq konfrans keçirilir. Konfrans çərçivəsində Asiya Müsəlmanları Komitəsinin, İslam Konfransı Gənclər Forumunun və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə martın 3-də "Gəncliyə Yardım Fondu"nda tədbir keçirilməli idi.

Xəbər lenti

Xəbər lenti