...

Basman bazarında xəsarət almış daha 5 azərbaycanlı Moskva xəstəxanalarından evə buraxılacaq

Hadisə Materials 14 Mart 2006 15:15 (UTC +04:00)

Hazırda Moskva şəhərinin xəstəxanalarında fevralın 23-də Basman bazarının damının uçmasından xəsarət almış 8 azərbaycanlı var. Bu barədə Trend ə Azərbaycanın Rusiyadakı səfirliyinin elçi-müşaviri Baxış Zeynalov eksklyuziv məlumat verib.

Onun sözlərinə görə, onlar 29 və 33 saylı şəhər xəstəxanalarında, Təcili Yardım İnstitututundadırlar. Onlardan üçü hələ də ağır vəziyyətdədir və xəstəxananın reanimasiya şöbəsində yerləşdirilib. Diplomatın sözlərinə görə, səfirlik bütün zərərçəkənlərin sağalma prosesini diqqət altında saxlayır. Səfirliyin əməkdaşları onlara tez-tez baş çəkir və onların problemlərinin həlli ilə məşğul olurlar. Yaxın 10-15 gün ərzində yaralılardan 5-i xəstəxanadan buraxılacaq, ağır xəstələrin müalicəsi isə hələ davam etdiriləcək.

Diplomatın sözlərinə görə, bazarın damının uması nəticəsində zərərçəkənlərə Moskva hökumətindən yardımlar davam edir. Lakin burada azərbaycanlıların yaşayış yeri üzrə müvəqqəti qeydiyyatı məsələsi ilə bağlı bir sıra problemlər yaranıb. Səfirlik Moskvada qeydiyyatda olmayan şəxslərə kömək üçün əlindən gələni edir.

B.Zeynalovun sözlərinə görə, səfirlik və Azərbaycan diasporu qəza zamanı həlak olmuş azərbaycanlıların 40 gününün tamam olması ilə əlaqədar aprelin 8-də mərasim təşkil etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti