...

Türkiyədə qəzaya uğramış turist avtobusunun sürücüsü həbs olunub

Hadisə Materials 17 Avqust 2006 12:49 (UTC +04:00)

Türkiyənin "Mahmud tur" şirkətinə məxsus avtobusun sürücüsü Nikoloz Tukvadze həbs olunub. Bu qərar həmin sürücüyə qarşı qəti imkan tədbirlərinin görülməsi məqsədilə dünən iclas keçirmiş Kalak şəhər məhkəməsi tərəfindən qəbul edilib.

Trend in Kavkaz-press-ə istinadən xəbər verdiyi kimi, içərisində Türkiyə ərazisi ilə Bolqarıstanda istirahətdən qayıdan gürcü turistlərinin olduğu avtobusun qəzaya uğraması nəticəsində 33 sərnişindən 4 Gürcüstan, 1 Azərbaycan və 1 Türkiyə vətəndaşı həlak olub. Daha 22 nəfər xəstəxanalara çatdırılıb.

Tukvadze səhlənkarlıqda ittiham olunur. Türkiyə tərəfi hesab edir ki, o, sükan arxasında yatıb və yüksək sürət nəticəsində maşın dərəyə düşüb. Sürücü təsdiqləyir ki, yağışın yağması ilə əlaqədar yol sürüşkən olub və o, idarəni itirib.

Bu gün həm də sərnişinlərə onların şəxsi əşyalarının qaytarılması üzrə məhkəmə prosesi keçiriləcək. Daha sonra onlar Türkiyənin "Mahmud tur" nəqliyyat şirkətinə məxsus avtobusda Tiflisə yola düşəcək.

İndiyədək müxtəlif xəstəxanalarda qəza zamanı zərər çəkmiş 22 Gürcüstan vətəndaşı var. Onların həyatı təhlükədə deyil.

Xəbər lenti

Xəbər lenti