...

Samarada yaralanmış azərbaycanlı özünü yaxşı hiss edir

Hadisə Materials 25 Sentyabr 2006 13:30 (UTC +04:00)

Sentyabrın 13-də Samarada tərəvəz bazasına edilmiş basqın nəticəsində yaralanmış Hikayət Allahşükür oğlu Hüseynov özünü yaxşı hiss edir. Bu barədə Trend in Rusiyadakı xüsusi müxbiri xəbər verir. Ayağından yaralanmış H.Hüseynov Samara vilayətinin klinik xəstəxanasındadır. Əməliyyat edilmiş H.Hüseynov həkim nəzarəti altındadır.

Biz yalnız cinayətkarların deyil, həm də sentyabrın 13-də Samarada tərəvəz bazasına edilmiş basqının sifarişçilərinin tapılması və cəzalandırılmasına nail olacağıq. Bu barədə Samara vilayəti Azərbaycanlılar liqasının (SVAL) sədri Şirvan Kərimov Trend ə verdiyi müsahibəsində bildirib. O xüsusilə vurğulayıb ki, vilayətin BDİİ, azərbaycanlı və digər icmalarla və Samara höküməti ilə birgə cinayətin açılmasında yardım edə biləcək müvafiq məlumatın toplanması üçün sistemli iş görülür.

Bazarda işləyən şahidlərin sözlərinə görə isə, onlar basqın zamanı güman ediblər ki, maskalı şəxslər sənədləri yoxlamaq üçün növbəti dəfə reyd keçirən OMON-çulardır. Lakin onların alverçilərlə kobud rəftar etdiklərini, pul aldıqlarını, onları döydüklərini görəndə alverçilərin bəziləri, əsasən də Azərbaycan vətəndaşları müqavimət göstərməyə başlayıblar. Müqavimət göstərənlər çox olduğundan hücum edənlər qaçaraq canlarını qurtarmaq qərarına gəliblər, çünki qətl və atışma vəziyyəti kiyayət qədər gərginləşdirib.

Xəbər lenti

Xəbər lenti