...

Azərbaycan vətəndaşı Yunanıstanda həbsdədir

Hadisə Materials 5 Oktyabr 2006 18:42 (UTC +04:00)

Mikonos adasında Seagull gəmisi ilə bağlı hadisə nəticəsində Azərbaycan vətəndaşı Yunanıstanda həbsdədir. Bu barədə Trend ə Azərbaycan XİN-in informasiya və mətbuat idarəsinin rəisi Tahir Tağızadə məlumat verib.

Yunanıstanın sahil mühafizəsi sentyabrın 27-də Mikonos adası yaxınlığında 61 qanunsuz miqrantı (hindu) apardığına görə ABŞ bayrağı altında üzən Seagull gəmisini və onun 5 heyət üzvünü saxlayıb. Saxlananlar arasında 3 Ukrayna vətəndaşı, 1 Azərbaycan və 1 Gürcüstan vətəndaşı var. Saxlanılan şəxslər hazırda həbsdədir. Yunanıstan tərəfi istintaq aparır və Azərbaycanın Yunanıstandakı səfirliyi vəziyyəti nəzarət altında saxlayıb.

T.Tağızadə qeyd edib ki, Mikonos adasında həbs olunanlar sonradan Xios adasına aparılıb. Yunan qanunlarına əsasən, bu iş üzrə istintaq 1 ilə qədər davam edə bilər. Əgər qanunsuz şəkildə aparılan şəxsləri ölüm təhlükəsinin gözlədiyi sübut olunarsa, heyət üzvlərini 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir.

Xəbər lenti

Xəbər lenti