...

"Azərneftyağ" müəssisəsində baş vermiş yanğın təqribən 700 kv.m əraziyə zərər vurub

Hadisə Materials 19 Oktyabr 2006 14:02 (UTC +04:00)

Oktyabrın 19-da Bakı şəhəri, Xətai rayonu ərazisində fəaliyyət göstərən "Azərneftyağ" İstehsalat Birliyində (İB) baş vermiş yanğın təqribən 700 kv.m əraziyə zərər vurub. Bu barədə Trend ə İB-dən məlumat verilib.

Yanğın səhər saat 6.30 radələrində başlayıb. Yanğının güclənməsinə səbəb havanın küləkli olması olub. Hadisə yerində müəssisənin yanğınsöndürmə briqadası ilə birgə FHN-nin Səbail rayon Yanğınsöndürmə Xidmətinin əməkdaşları da işləyib.

İlkin ehtimala görə, yanğın zavodun həyətindəki tullantıların alovlanması nəticəsində baş verib. Hazırda yanğının dəqiq səbəblərinin araşdırılması məqsədilə hadisə yerində ekspert qrupu işləyir.

Xəbər lenti

Xəbər lenti