...

Milli Elmlər Akademiyasının 5-ci mərtəbəsində yanğın baş verib

Hadisə Materials 18 Dekabr 2006 13:04 (UTC +04:00)

Dekabrın 18-də Yasamal rayonu, Hüseyn Cavid prospekti 31-də yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının 5-ci mərtəbəsində yanğın baş verib. Bu barədə Trend ə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon hissəsindən məlumat verilib.

Yanğın saat 10.04-də dəhlizdəki elektrik şitində baş vermiş qısaqapanma nəticəsində törənib. Hadisə yerinə 2-ci çağırışla Yasamal, Nəsimi, Səbail, Binəqədi və digər rayonların ümumilikdə 10-dan artıq yanğınsöndürmə maşını yola düşüb. Lakin yanğın 10.15 radələrində Milli Elmlər Akademiyasının işçiləri tərəfindən söndürüldüyü üçün yanğınsöndürmə qüvvələri hadisə yerinə çatmamış çağırış ləğv edilib.

Faktla əlaqədar araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti