...

"Şamxor" tankerindəki partlayışda yaralanmış fəhlələr reanimasiyadan ümumi şöbəyə keçirilib

Hadisə Materials 20 Dekabr 2006 14:19 (UTC +04:00)

Dekabrın 18-də "Şamxor" tankerində baş vermiş partlayışda xəsarət almış fəhlələr reanimasiya şöbəsindən çıxalıraq ümumi şöbəyə keçiriliblər. Bu barədə Trend ə Səbail rayon Prokurorluğundan məlumat verilib.

Hadisədən dərhal sonra 1 saylı Təcili Tibbi Yardım və 5 saylı Yanıq Xəstəxanasına yerləşdirilmiş yaralı fəhlələr yaxın 3 gündən 5 günə qədər müddət ərzində xəstəxanadan buraxılacaqlar.

Qeyd edək ki, Dövlət Xəzər Dəniz Gəmiçiliyinin Paris Kommunası adına gəmi təmiri vahidliyində təmirdə olan "Şamxor" tankerində qaynaq işləri aparılarkən boruda yığılmış qazın partlaması nəticəsində 1968-ci il təvəllüdlü Qurbanlı Cəlil Heybət oğlu hadisə yerində dünyasını dəyişib. 1968-ci il təvəllüdlü Musayev Elçin Çingiz oğlu, 1942-ci il təvəllüdlü Əsgərov Kamil Xənəlı oğlu və 1972-ci il təvəllüdlü Məmmədəliyev Zahid Musa oğlu müxtəlif xəsarətlərlə xəstəxanaya aparılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işi başlanıb, müqəssir qismində cəlb olunan yoxdur.

Xəbər lenti

Xəbər lenti