...

Nəsimi rayonunda baş verən yanğında 7 yaşlı qız həlak olub

Hadisə Materials 29 Dekabr 2006 18:31 (UTC +04:00)

Dekabrın 28-dən 29-na keçən gecə Nəsimi rayonu, 4-cü mikrorayon, Ə.İsgəndərov küçəsi 1 "A", mənzil 1-də yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən Trend ə verilən məlumata görə, hadisə zamanı bir nəfər həlak olub.

Saat 00:39- da hadisə barədə nazirliyin Dövlət Yanğıdan Mühafizə Xidmətinə məlumat daxil olub. Yanğınsöndürən avtomobillər saat 00:50-də hadisə yerinə çatıb və yanğın saat 01:12- də söndürülüb. Yanğın nəticəsində 1975-ci il təvəllüdlü Abbaszadə Hikmət Fikrət oğluna məxsus ümumi sahəsi 34 kv.m. olan 3 otaqlı mənzilin 2 otağı və dəhlizinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 22 kv.m. sahədə yanıb. Yanğından digər otaq və bitişik mənzillər mühafizə olunub. Yanğının kəşfiyyatı zamanı ev sahibinin qızı 1999-cu il təvəllüdlü Abbaszadə Leyla Hikmət qızının meyiti aşkar edilib. Yanğın zamanı ev sahibi və onun həyat yoldaşı 1973-cü il təvəllüdlü Abbaszadə Mətanət İsmayıl qızı 2 və 3-cü dərəcəli yanıq xəsarətləri alaraq təcili yardım tərəfindən 5 saylı xəstəxananın yanıq şöbəsinə aparılıb.

Hadisə ilə əlaqədar rayon prokurorluğu tərəfindən təhqiqat aparılır. Dəyən ziyan müəyyənləşdirilir.

Xəbər lenti

Xəbər lenti