...

Bakıda ağır yol qəzası törətmiş sürücü tutulub

Hadisə Materials 7 Mart 2007 16:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Nəsimi rayonu ərazisində martın 4-də baş vermiş yol qəzasını törədən şəxs tutulub. Daxili İşlər Nazirliyindən bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elman Əkbərovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin "BMW" markalı avtomaşının sürücüsü, Sumqayıt şəhər sakini Zaur Quliyev tərəfindən törədilməsi müəyyən edilib. Z.Quliyev tutulub.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda cinayət işi açılıb və istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti