...

Müəllimənin ölümündə günahlandırılan məktəb direktoru barəsindəki cinayət işi İmişli rayon prokurorluğuna göndərilib

Hadisə Materials 14 Mart 2007 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Füzuli rayonunun Qayıdış qəsəbəsindəki 1 saylı köçkün məktəbinin müəlliməsi İradə Quliyevanın ölümü ilə bağlı həbs olunmuş məktəb direktoru İsmayıl Abbasov barəsindəki cinayət işi İmişli rayon prokurorluğuna göndərilib. Füzuli rayon prokurorluğundan bildirilib ki, həm təqsirləndirilən, həm də zərərçəkmiş tərəf cinayət işinin başqa rayon prokurorluğuna verilməsi barədə baş prokuror Zakir Qaralova müraciət edib. Onların müraciətindən sonra cinayət işinin materialları İmişli rayon prokurorluğuna verilib. Hazırda Cinayət Məcəlləsinin 125-ci (özünü ölüm həddinə çatdırma) maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.

Qayıdış qəsəbəsində məskunlaşmış 1957-ci il təvəllüdlü məcburi köçkün İradə Təbriz qızı Quliyeva yanvarın 24-də özünü yandıraraq intihar edib. Məlumata görə, mərhum ölümündən əvvəl bildirib ki, məktəb direktoru İsmayıl Abbasov onu əsassız olaraq məktəbə buraxmadığına görə özünü öldürəcək.

Xəbər lenti

Xəbər lenti