...

Azərbaycanın qərb rayonlarında zəlzələ baş verib

Hadisə Materials 10 Aprel 2007 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Episentri Gəncə şəhərindən 14 kilometr şimal-qərbdə bu gün saat 15:36-da üç bal gücündə zəlzələ baş verib. Bu barədə çərşənbə axşamı AMEA-nın Respublika Seysmoloji Mərkəzi direktorunun müavini Qurban Yetirmişli məlumat verib.

Onun sözlərinə görə, zəlzələ Gəncədə və Şəmkirdə 2,5 gücündə hiss olunub. Yetirmişli bildirib ki, zəlzələ zamanı dağıntı qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti